YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın tarixi Zəfərimizin müəllifinə inamı sonsuzdur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Bərdə rayonunda  gənclər, o cümlədən idmançı və tələbələrlə, eyni zamanda Mollalı və Məşədiibişli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərin hər biri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, təşviqat qrupunun üzvləri Yaşar Zamanov, Qasım Hacıyev, Əliş Şərifov, Rzaqulu Şərifov, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov, Aqşin Hacızadə və başqaları çıxış ediblər.

Vurğulanıb ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi bütün vədlərə əməl edərək hər bir azərbaycanlının Prezidenti olduğunu əyani təsdiq edib.

Bütün çıxışlarda müstəqil Azərbaycanın tarixində Qarabağla bütövləşmiş    respublikamızın bütün ərazisində bu seçkilərin bir ilk olaraq keçiriləcəyinə diqqət çəkilib.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra şəhid ailələri ziyarət edilib.