Xəbərlər
Xalqımızın tarixi arzusunu reallaşdıran Lider
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Goranboy rayon Qazanbulaq qəsəbəsi, Gürzallar və Borsunlu kəndində yaşayan seçicilərlə görüşlər keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, İsmayıl Qasımov, İlhamə Qasımova, Göyüş Nağıyev, Ülkər Hümbətova, Sakit Məmmədov, Sərvan Bayramov, Səyad Quliyev və Vətən müharibəsi qazisi Ruslan Əmrahov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda bir günlük antiterror tədbirləri Prezident İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olub.
Görüşlərdə çıxış edən seçicilər fevralın 7-də cəmiyyətimiz tərəfindən haqlı olaraq hər bir azərbaycanlının Prezidenti adlandırılan İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.