YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ həsrətinə son qoyan müzəffər Ali Baş Komandan

Xocavənd qəsəbəsində məskunlaşmış seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Xocavənd qəsəbəsində məskunlaşmış seçicilərlə görüş keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, təşviqat qrupunun üzvləri - şəhid qardaşı Təvəkgül Fərəcov, Vətən müharibəsi qazisi Vüqar Səfərov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, tarixi ədaləti bərpa edən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu gün Qarabağa qovuşub.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də xalqımızın Qarabağ həsrətinə son qoyan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini əminliklə ifadə ediblər.

Görüşün sonunda YAP-ın Himni səsləndirilib.

Tədbirdən sonra Vətən müharibəsi şəhidləri Xəyal  Namazov və Şirxan  Quliyevin ailələri ziyarət edilib.