Xəbərlər
Leriklilərin seçimi bəllidir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Lerik rayonunda bir qrup qadın seçicilərlə görüş keçirilib.
YAP Lerik rayon təşkilatınının qərargahında əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri, Elxan Qənbərov, Gültəkin Şıxəliyeva, Veysəl Məlikov, Bahar Mürsəliyeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Azərbaycanda dövlət qadın siyasətinin Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini deyən natiqlər diqqətə çatdırıblar ki, bu xətt bu gün də davam etməkdədir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Bildirilib ki, Yeni Azərbaycan Partiyası da Azərbaycan qadınına daim yüksək münasibət göstərir. Qadınlarımız bu ilki seçki prosesində də fəal olmalıdırlar.
Görüşdə lerikli qadınların 7 fevral seçkilərində qalib Lider İlham Əliyevə səs verəcəkləri bildirilib.