Xəbərlər
Etibarlı Lider

Oğuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Oğuz rayonu Baş Daşağıl kənd seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, təşviqat qrupunun üzvləri Emin Cəfərov, Ceyhun Kərimov, Günel Abdullayeva, Nizami Əhmədov şəhid atası Loğman Lillahov, Rəhim Abdurəfiyev, Mikayıl Şirinov və Maarif Veysəlov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü, uzaqgörən, müdrik siyasətdən, son 20 ildə Azərbaycanın bütün sahələrini əhatə edən inkişaf yolundan bəhs olunub.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, dünya azərbaycanlılarının fəxri cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.