Xəbərlər
Xalqa milli qürurunu qaytaran Lider

Xocalılarla İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunun Börü qəsəbəsində Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş keçirilib.
Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, təşviqat qrupunun üzvləri Aqil Məmmədov, Yaşar Əliməmmədov çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, 20 il öncə Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Qalib Liderin sayəsində xalqımız həqiqətən tarixi günlər yaşadı, yaşayır və cənab İlham Əliyevin “güclü dövlət” konsepsiyası nəticəsində bundan sonra da yaşayacaq.
Natiqlər seçiciləri xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən, xalqa milli qürurunu qaytaran Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə iştirak edən seçicilər ölkəmizin inkişafının və zəfərlərinin davamlı olması naminə İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.