Xəbərlər
Zəngilan rayonundan olan seçicilərlə növbəti görüş keçirilib
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/645dff78e792f754ed238f456a18f881.jpeg&w=360)
Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində növbəti görüş Bakı şəhəri, Nəriman Nərimanov rayonu ərazisində məskunlaşmış zəngilanlı seçicilərlə keçirilib.
Görüşdə Dövlət Himni səsləndirilib, Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, təşviqat qrupunun üzvləri Aidə Həsənova, Oktyabr İsgəndərov çıxış ediblər.
Çıxışlarda Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 20 illik fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edilərək, müstəqil Azərbaycanın tarixdə özünün ən qüdrətli dövrünü yaşaması məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildiriblər.
Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək səslərini xalqımızın alternativsiz Lideri, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə verəcəklərini qeyd ediblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.