Xəbərlər
“Azərbaycan regionun ən qüdrətli dövlətləri sırasında öz yerini tutmuşdur”

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
İlk öncə Makedoniya türklərinin milli və dövlət bayramı olan 21 Dekabr – Türkcə Təhsil Günü münasibətilə göndərdiyiniz xoş təbrikə görə Sizə, qardaş Yeni Azərbaycan Partiyasına və canımız qədər sevdiyimiz Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk.
Hər iki ölkə öz tarixinin ən mühüm anlarını və nailiyyətlərini yaşayır. Böyük Türk dünyasının ən hörmətli dövlət xadimlərindən biri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş, regionun ən qüdrətli dövlətləri sırasında öz yerini tutmuşdur.
Bu münasibətlə 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın namizədi olan cənab Prezidentimiz İlham Əliyevi və partiyanızı təbrik edir, azərbaycanlı qardaşlarımızın tam dəstəyini alacağından zərrə qədər şübhə duymadığımız cənab Prezidentimizə tam dəstəyimizi bildiririk.
Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edir, partiyalarımıza, ölkələrimizə, vətəndaşlarımıza və dünyaya xeyirli-uğurlu və sülhlə dolu bir il olacağını ümid edirəm.
Hörmətlə,
Beycan İlyas
Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri