Xəbərlər
Uğurlar və qələbələrlə dünyanın diqqət mərkəzindəyik
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibədə bir çox məsələlərə toxundu. Hər birimizə məlum olduğu kimi, Prezident 2020-ci ildə Vətən müharibəsi dövründə də xarici mediaya müsahibəsində informasiya müharibəsinin önündə getmişdir. Bu gün “Euronews” Avropanın ən çox izlənilən kanallarından biri sayılır. Zaman-zaman burada müxtəlif məsələlər işıqlandırılır. Xüsusilə də Azərbaycan Ermənistan münasibətləri ilə bağlı. Bəzən də təəssüf ki, Ermənistan tərəfindən verilən düzgün olmayan məlumatlar əsasında da biz bəzi süjetlərin bu televiziyada getdiyinin şahidi oluruq. Hesab edirəm ki, cənab Prezidentdən götürülən bu müsahibə xüsusi önəm və əhəmiyyət daşıyır. O mənada ki, növbəti dəfə Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ermənistan-Azərbaycan münasibətlərindəki bir çox məsələlərə xüsusi aydınlıq gətirdi. Hazırda bölgəmizdə baş verən proseslərlə bağlı Azərbaycanın qətiyyətli mövqeyini bir daha ifadə etdi.
Azərbaycan bu gün bölgəyə sülhün gəlməsində maraqlıdır və bunun üçün davamlı olaraq müxtəlif addımlar atır və gözləyir ki, Ermənistan da öz növbəsində bu prosesə öz töhfəsini versin. Sülh prosesinin yekunlaşması üçün Ermənistan da çox real addımlar atmalıdır və atmadığı təqdirdə biz heç bir irəliləyişdən danışa bilmərik. Eyni zamanda, hesab edirəm ki, Prezidentin müsahibəsindəki önəmli məqamlardan biri də bölgəmizə, prosesə kənar müdaxilə ilə bağlıdır. Hesab edirəm ki, növbəti dəfə dövlət başçısı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və biz bunun növbəti dəfə şahidi olduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən həyata keçirdiyi bütün tədbirlər, islahatlar və layihələr bir dövlət olaraq Azərbaycanın dünyanın və regionun ən güclü dövlətlərdən birinə çevrilməsinə xidmət etmişdir. Ölkəmiz son illər ərzində qazandığı uğurlar və qələbələrlə dünyanın diqqət mərkəzindədir.
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə, həmçinin ölkəmizin daxili və xarici siyasətindən, iqtisadiyyatımızın inkişafının xüsusiyyətlərindən və buna səbəb olan amillərdən bəhs etdi.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər ölkəmizin inkişafının təməlini təşkil edir.
Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhfəsini verəcək.