Xəbərlər
Deputat Daşkəsəndə sakinlərlə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində sakinlərlə görüş keçirib.
Görüşdə deputat vətəndaşların müraciətləri ilə yaxından maraqlanıb, onların qayğı və problemlərini dinləyib. Müraciətlərin biz qismi yerindəcə həllini tapıb, bir qismi isə nəzarətə götürülüb, araşdırılaraq qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.
Qeyd edək ki, görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev də görüşdə iştirak edib.