YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Bakı deklarasiyası qəbul ediblər

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı deklarasiyası qəbul ediblər. Bunu Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Bu, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatında keçirilən ilk görüşdür.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.