YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Sarkisyan rejimi daxili gərginliyi azaltmaq üçün hər zaman Qarabağ kartından istifadə edir

«Ermənistan dövləti iki sistemli böhran yaşayır. Ermənistanda baş verən son hadisələr yəni, elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində bu böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır. Təbii ki, bu vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyan problemlərdən çıxış yolları axtarır».  Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bütün bunlar göstərir ki, hadisələr 3 ssenari üzrə davam edir. Onun sözlərinə görə, birinci ssenari ondan ibarətdir ki, Sarkisyan əlində olan xüsusi mühafizə orqanlarını, polis, güc strukturlarını nümayişlərin əleyhinə yönəldir.

«Ümumiyyətlə, Sarkisyanın hakimiyyətdən getməsi tələbi ilə daha çox eşidilməkdədir. İkinci ssenari odur ki, hakimiyyət gənclərin etiraz mitinqləri qarşısından geri çəkilir və onların güzəştlərini yerinə yetirməyə başlayıb. Artıq bu ikinci versiyanın elementləri tam da olmasa müəyyən mənada Sarkisyanın həmin qəbul olunmuş qərarın dayandırılması ilə bağlı yanaşmasını göstərir. Əslində o öz mahiyyətini dəyişməyib. Sarkisyanın proseslərdən geri çəkilməsi də lazımi effekti də verməyib əksinə etirazçıları daha da ruhlandırıb. Üçüncü variant Serj Sarkisyanın hər zaman istifadə etdiyi üsuldur. İşğalçı ölkənin prezidenti daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, onlar bu versiyadan hər zaman istifadə ediblər»- deyə, politoloq vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv