YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Önəmli amil

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik və xarici siyasət kursu 2003-2022-ci illərdə Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilməkdədir və  bu istiqamətdə əldə olunan uğurlar Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının məntiqi nəticələridir.

Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır. Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki ölkə Prezidenti İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır. Azərbaycan müasir Beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünyanın siyasi arenasında özünəməxsus çəkiyə malik olan bir ölkədir və öz milli maraqlarına uyğun olaraq Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.

Bu gün Azərbaycan regionda, Cənubi Qafqazda, Mərkəzi və Orta Asiya ölkələri ilə siyasi, iqtisadi və bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinə malikdir.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin cari ilin 22 avqust tarixində Azərbaycan Respublikasına dövlət səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər iki ölkə arasında mövcut olan birgə əməkdaşlıq və dostluq əlaqələrinin göstəricilərindən biridir.  Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu və bu görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi.

Ümumilikdə Azərbaycan və Özbək xalqlarının dostluğu qədim tarixi köklərə bağlıdır. Beləki bu iki qardaş və dost xalqların türk mənşəli olması əsas amillərdən biridir. Eyni etnik kökə, dinə sahib Azərbaycan və Özbəkistan arasında münasibətlər son illər yüksələn xətlə inkişaf edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub və Ulu Öndər Heydər Əliyevin uğurlu diplomatiyası sayəsində bu iki ölkə arasındakı münasibətlər sonrakı mərhələlərdə  yüksələn xətt üzrə inkişaf etdirilmişdir.