Xəbərlər
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 90 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 90 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Qızıloba, Çaylı, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Kəngərli, Şıxlar, Mərzili, Təzəkənd, Yusifcanlı, Qiyaməddinli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Alxanlı kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.