YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmanda dəyişikliklər bərpa olunan enerji sahəsində islahatların dərinləşdirilməsi, idarəetmə strukturunun qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, sahəyə özəl investisiyaların cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılması yolu ilə bərpa olunan enerji mənbələrindən enerji istehsalının səmərəliliyinin və həcminin artırılmasına əlverişli şərait yaradılması məqsədi daşıyır.