YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəqəmsal İdeya Müsabiqəsi keçiriləcək

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsi keçiriləcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq.

Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaq və qaliblər mükafatlandırılacaqdır. 

Müsabiqədə iştirak üçün qeydiyyat iyunun 1-i saat 23:00-dək davam edəcək. bit.ly/3BCJJJO linki vasitəsilə qeydiyyatdan keçmək, təklif və sualları isə gencler_birliyi@yap.az elektron ünvanına göndərmək mümkündür.