Xəbərlər
Kişilər arasında su polosu üzrə oyunlara start verilib
İyunun 13-də “Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu üzrə yarışlara start verilib.
Kişilərin mübarizəsində “C” qrupunda Xorvatiya millisi Türkiyə seçməsi, “D” qrupunda isə İspaniya yığması Malta komandası ilə qarşılaşır.
Birinci qarşılaşmanı hakimlər Kristian Landman və Qabriella Varkonyi, ikinci görüşü isə Vyaçeslav Byelyevtsov və Littlecon Brian idarə edirlər.