Xəbərlər
Azərbaycanın sinxron üzgüçüsü birinci Avropa Oyunlarında fərdi kombinasiya növü üzrə mübarizəyə qoşulub
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/8cf47b58c5ad66edd572414b6d3bc85f.jpg&w=360)
Azərbaycan təmsilçisi Yekaterina Valiulinanın çıxışı münsiflər heyəti tərəfindən 72.3000 balla qiymətləndirilib.
Y.Valiulina bu nəticə ilə səkkizinci pillədə qərarlaşıb.
Hazırda ən yaxşı göstəricilər ukraynalı Yelizaveta Yaxnoya (86.1667), italiyalı Noemi Karrozzaya (84.9333) və avstriyalı Anna-Mariya Aleksandriyə (84.2000) məxsusdur.
Sinxron üzgüçülüyün fərdi kombinasiya növü üzrə çıxışlar davam edir.