YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlik ən ali məqamdır!

Lerik rayonu Kələxan kəndində Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı şəhid Yaqublu Əliqismət Mükafat oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin nümayəndəsi İskəndər Tahirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin nümayəndələri, YAŞAT Fondunun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, partiya fəalları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Əliqismət Yaqublu 2020-ci il noyabrın 5-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv