Xəbərlər
Şəhidlər unudulmur!

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Əlibəyli Mikayıl Xalqverdi oğlunun və Hacıyev Sayad Azad oğlunun xatirələri anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 8 və 37 nömrəli ərazi partiya təşkilatlarının fəalları, Xanalılar kənd uşaq musiqi məktəbinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Mədəniyyət evinin kollektivi şəhidlərin ailələrini ziyarət edib, onların qayğı və problemləri maraqlanıblar.
Söhbət zamanı qəhrəman Vətən oğullarının keçdiyi şərəfli döyüş yollarından bəhs olunub.
Görüşlərdə bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuz Qarabağı və digər ərazilərimizi işğaldan azad etməklə 30 illik yurd həsrətinə son qoydu və 2020-ci il müstəqil Azərbaycanımızın hərb tarixinə şanlı səhifə kimi yazıldı.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.