Xəbərlər
Elman Nəsirov: Azərbaycan çoxvektorlu, balanslı siyasət həyata keçirir
«Azərbaycan çoxvektorlu, balanslı siyasət həyata keçirir və kiminsə maraqlarını deyil, öz milli maraqlarını reallaşdırır». Bu fikri politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Azərbaycan yürütdüyü uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə normal əməkdaşlıq edir. Onun sözlərinə görə, Şanxay sammitində qəbul olunmuş bəyannamədə dövlət maraqlarımıza uyğun müddəların əks olunması növbəti uğurdur.
«Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür və bizim ölkə ərazimizdə heç bir digər ölkələrin hərbi bazası yoxdur. Azərbaycan hərtərəfli şəkildə digər dövlətlərə əməkdaşlıq etməyə hazır olan ölkə kimi öz loyallığını qoruyub saxlayır. Bu baxımdan, Şanxay bəyannaməsində də bu faktor öz əksini kifayət qədər tapıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu dəfə də proseslərdə öz qəti mövqeyini ortaya qoyub»- deyə, politoloq qeyd edib.