YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq uğurlara necə nail oluruq?

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda iştirak edib. İlham Əliyev çıxışı zamanı üç Qafqaz Respublikalarının rəhbərlərinin görüşnü tarixi görüş kimi qiymətləndirib: “Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər”.

Dövlət başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib. Konfrans çərçivəsində Münxendə dövlət başçımızın ABŞ-nin Dövlət katibi və Ermənistanın baş naziri ilə birgə görüşü olub. Eyni zamanda bir sıra ikitərəfli görüşlər keçirilib.

Cənab İlham Əliyevin beynəlxalq arenada dövlətimizin nüfuzu və gücünün artırılması istiqamətində gərgin diplomatik fəaliyyəti istiqamətində növbəti uğuru Münxen Təhlükəsizlik Konfransında iştirakı ilə bir daha təsdiqləndi. Bu səfər zamanı ölkə rəhbərinin konfransda çıxışı, ikitərəfli görüşləri Azərbaycanın beynəlxalq mövqeyi üçün mühüm önəm daşıdı. Dövlətimizin başçısının bütün toplantılarda və görüşlərdə sərgilədiyi mövqe respublikamızın beynəlxalq təhlükəsizlik üçün konstruktiv məsələlərlə şərtlənən bir yolda olduğunu göstərdi.

Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasət nəticəsində nail olmuşuq. Həm ölkə başçımızın nüfuzu, həm də Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsi özünü bir sıra mühüm beynəlxalq tədbirlər də göstərir: "Daha doğrusu nüfuzlu beynəlxalq tədbirlər zamanı Azərbaycana və dövlətimizin başçısı İlham Əliyevə xüsusi diqqətlə yanaşılır. Bu sırada Münxen Təhlükəsizlik Konfransını xüsusilə qeyd etməliyik. Belə ki, builki Münxen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də məhz Azərbaycan Prezidentidir.

Görüşdən sonra yerli telekanallara açıqlama verən Prezident İlham Əliyev danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib. "Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil", - dövlət başçısı üçtərəfli görüşü dəyərləndirib.

Cənab İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibəsində keçirilən görüşlərin, plenar islaslarda aparılan müzakirələrin ümumiləşdirilmiş ifadəsi olaraq bu reallıqları diqqətə çatdırdı ki,  biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər, əlbəttə ki, yeni yanaşmaları tələb edir: “Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.”

DİGƏR Xəbərlər Arxiv