Xəbərlər
Rövşən Rzayev: Ermənistanda davam edən kütləvi etiraz aksiyaları ictimai-siyasi, iqtisadi böhranı dərinləşdirir
«Ermənistanda davam edən kütləvi etiraz aksiyaları ictimai-siyasi, iqtisadi böhranı dərinləşdirir». Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, Ermənistan hakimiyyətini çətin durumdadır. Onun sözlərinə görə, bu hakimiyyətin perpektivsizliyini erməni xalqı da başa düşür.
«Ona görə də, xalq Sarkisyan rejimini hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Bundan başqa işğalçı ölkənin inkişaf yolu yoxdur və ola da bilməz. Yeni gələn hakimiyyət xalqı, inkişafı düşünməlidir. Ermənistan xalqının hakimiyyətə qarşı inamsızlığı gündən-günə daha da fəal şəkildə özünü büruzə verir. Biz daimi olaraq bunu mətbuatdan görür və izləyirik. Düşmən tərəf Azərbaycanın ərazilərini geri qaytardığı təqdirdə onlarla hansısa layihələrdə əməkdaşlıqdan söhbət aparıla bilər”. Bundan sonra Ermənistanın inkişafından söhbət gedə bilər. Gün gələcək Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq»- deyə, R.Rzayev vurğulayıb.