Xəbərlər
Ötən ay Ceyhan limanından 2,5 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb
Mayda 2 milyon 473 min 865 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 432 min 206 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, yanvar-may aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 11 milyon 713 min 260 ton təşkil edib.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il iyunun 1-dək Ceyhan limanından 273 milyon 652 min 350 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.