YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistan KİV-nin yaydığı məlumat yalandır

İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığında qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın elektron kütləvi informasiya vasitələrinin yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqdə iştirak edən təcrübəli müşahidəçilərin uzun illərdir bu fəaliyyətlə məşğul olmaları, bölgənin relyefini yaxından tanımalarını nəzərə alaraq onların əvvəlcədən planlaşdırılaraq təyin edilən koordinatlara deyil, başqa nöqtəyə çıxarılması qeyri-mümkündür. Ermənistan tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir, beynəlxalq missiyanı həyata keçirən ATƏT müşahidəçilərinin fəaliyyətinə kölgə salmaq və onların adlarının erməni tərəfinin çirkin əməllərində istifadə edilməsi məqsədini daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-də qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və onu həyata keçirən müşahidəçilər (Xristo Xristov və Piter Svedberq) missiyalarının yerinə yetirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.

Məhz Ermənistan tərəfi cari il yanvarın 14-də və 29-da qoşunların təmas xəttində monitorinqlərin plana uyğun qaydada keçirilməsinə mane olmuşdu.

 

DİGƏR Xəbərlər Arxiv