Xəbərlər
Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatlarda Misirlə birgə fəaliyyəti gücləndirəcəyik
Siyasi əlaqələrimizin gücləndirilməsi məsələləri də diqqətdən yayınmadı. Beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimizi gücləndirəcəyik və əməkdaşlığımızı dərinləşdirəcəyik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşündə deyib.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Misir Prezidentinin Azərbaycana səfəri ölkələrimizin gələcəkdə uğurla inkişafına çox böyük töhfə verəcək.