Xəbərlər
Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcək
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.