YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi sabitlikdən dayanıqlı iqtisadi inkişafa, möhtəşəm Zəfərə aparan yol”

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı “Siyasi sabitlikdən dayanıqlı iqtisadi inkişafa, möhtəşəm Zəfərə aparan yol” mövzusunda konfrans keçirib.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 19 il ərzində ölkəmizin davamlı olaraq inkişaf etdiyini, regionda güc mərkəzinə çevrildiyini deyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında məlumat verən rayon təşkilatının sədri icra olunan böyük layihələrin vətəndaşlarımızın tez bir zamanda öz doğma yurduna qayıtması istiqamətində atılmış mühüm addım olduğunu söyləyib.

Digər çıxış edənlər qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacağına əminliklərini ifadə ediblər.

Sonda partiya sıralarına  yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.