YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layiqli davamçı

Abbas Əliyev

YAP Abşeron rayon təşkiltanın sədri

Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. 

Bunun bariz nümunəsi olaraq 44 günlük Vətən Müharibəsini misal göstərmək olar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin orduya diqqəti sayəsində Azərbaycan Ordusu güclənərək məğlubedilməz gücə çevrildi. Orduda nizam-intizam, vətənpərvərlik hissinin güclənməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsidir. Məhz buna görə də, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ordunun gücünü dünyanın məşhur nəşrləri də sevə-sevə dərc edib işıqlandırdılar.

30 ildir düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız Azərbaycan igidlərinin qanı bahasına azad olundu. İllərdir "güclü ermənistan ordusu" mifi tamamilə məhv edildi. Dəmir yumruq erməni terrorçularının başını əzərək onlara həddini göstərdi. 

Biabırçı məğlubiyyət əslində Ermənistanın heç də deyildiyi kimi "güclü ordu"ya sahib olmadığını ortaya çıxardı. "Dəmir yumruq" zərbəsinin altında əzilən düşmən özünü hələ 40 il sonra da torparlaya bilməyəcək. 

Bəli, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və bu gün biz bunun sayəsində xoşbəxtik, başımız dikdir. Bir sözlə xoşbəxtliyimizə qovuşduq, özü də əbədi xoşbəxtliyə. Bu gün ölkədə kiçikdən böyüyə qədər hər kəs Prezident İlham Əliyevə sonsuz təşəkkür edir. Çünki Ali Baş Komandan Orduya göstərdiyi diqqət qədər ölkənin vətəndaşına da diqqət göstərir, qayğı ilə yanaşır. Ona görə ki, İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin yürütdüyü siyasətinin layiqli davamçısıdır. İlham Əliyev Heydər Əliyevə verdiyi sözü tutdu. O, Azərbaycan Ordusunu gücləndirib dünyanın ən güclü orduları sırasında yer almasını təmin etdi, Qarabağı işğaldan azad etdi, Azərbaycan xalqının rifahını düşündü və əhalinin gəlirlərini artırdı, problemlərini həll etdi, yüz minlərlə iş yerlərinin açılmasını təmin etdi. Və beləcə də ölkədə işsizliyin səviyyəsini minimuma endirdi. Bax, budur layiqli davamçı, layiqli ölkə başçısı. 

Torpaqlarımızın terrorçulardan təmizlənməsi ölkə xaricinə də yansıdı, Cənubi Qafqazın taleyini həm də tarixini dəyişdi. Artıq Cənubi Qafqazda güclü iqtisadiyyata, güclü orduya sahib bir ölkə var. Onun adı Azərbaycandır. Yəni Cənubi Qafqazın şəriksiz geopolitik iradə sahibi statusu Azərbaycana məxsusdur. Rəsmi Bakı layiqli adını qazanıb. 

Bəli, Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. 

Hər zaman deyildiyi kimi, Bir ölkənin güclü olması onun rəhbərindən asılıdır. Çünki hər ölkə başçısı layiqli idarəedici olmur, ola bilmir. Yəni bacarmır. Prezident İlham Əliyev o şəxsiyyətlərdəndir ki, yürütdüyü siyasət, atdığı addımlar əhalinin rifahına əsaslanıb.