Xəbərlər
Rumıniya və Bolqarıstan KİV-lərində Azərbaycan Prezidentinin ADA Universitetindəki konfransda səsləndirdiyi fikirləri geniş işıqlandırılıb
Rumıniyanın və Bolqarıstanın qabaqcıl kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirdiyi dərin məzmunlu fikirlər geniş şəkildə işıqlandırılıb.
Dövlətimizin başçısının konfransda toxunduğu müxtəlif məqamlar “News24hours”, “Trud”, “Actualno”, “Standard”, “Fotograf.ro” və digər KİV-lərdə diqqət mərkəzində olub. Müxtəlif sərlövhələrlə dərc olunan məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadla Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylər, Fransanın erməniyönümlü, qərəzli mövqeyi və digər mövzulara yer ayrılıb.