Xəbərlər
Ölkəmizlə dünya dövlətləri hesablaşır

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Azərbaycan hər zaman xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlıq xüsusi önəm verir. Ölkəmiz regionda sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlıdır. Nəinki region ölkələri ilə əməkdaşlığa Azərbaycan dünyanın hər bir ölkəsi ilə əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə hər zaman önəm verir.
Təəssüflər olsun ki, bu prinsipləri regionun bəzi ölkələrində müşahidə etmirik. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edib 30 illik həsrətə son qoyandan sonra bəzi dairələr bundan cox ciddi narahatlıq keçirir və Ermənistana dəstək olmaga calışırlar. Qonşu dövlət olan İranın öz siyasətini yalançılıq, riyakarlıq və saxtakarlıq üzərində quran Ermənistana dəstək verməsi, Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi xainlikdən başqa bir şey deyil.
İran dövləti özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Amma reallıq tam başqadır. İranın ermənipərəst mövqeyi hər addımda özünü büruzə verir. İran Azərbaycanın tarixi torpaqları 30 il işğalda qalaraq xarabaya cevirən, məsçidlərimizi dağıdan, tarixi abidələrimizi yerlə-yeksan edən, dinimizə hörmətliksik edərək məscidlərimizdə donuz saxlamaqla bütün islam dünyasına hörmətsizlik edən Ermənistanla dostluq edir. Münasibətlərin normallaşmasına, regionda sülhün bərgərar olmasına mane olur.
Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə qeyd edib ki, İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib: “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.
Azərbaycan dünya dövlətləri ilə münasibətləri nizamlayır. Artıq Azərbaycanı dünyada dostluğa və əməkdaşlığa sədaqətli tərəf kimi tanıyırlar. Ölkəmizlə dünya dövlətləri hesablaşır, əlaqələri daha da möhkəmlətməyə çalışırlar. Budur bizim siyasətimiz.
Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində başlıca rol oynayır. İran bilməlidir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və hər zaman humanitar xarakterli təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq olmaz.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ədalətli sülh istəyir: “İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.