Xəbərlər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə səfərdədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin mayın 19-da keçiriləcək 125-ci sessiyasında iştirak etmək üçün Brüsselə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sessiya çərçivəsində Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.