YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana qarşı informasiya müharibəsi...

Rubinyan burada çaşqınlıq yayır. Onun missiyası olan hadisələri tamamilə əks formada təqdim etməkdir. O, burada iki ölkə arasında vəhşiliklərdən danışır, ancaq Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərində olduğundan danışmır. Sentyabr hadisəsindən əvvəl erməni silahlı qüvvələri Azərbaycan ərazilərinə soxulmuşdular. Rubinyan niyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində hər gün ölən azərbaycanlılardan danışmır? Erməni işğalı nəticəsində Azərbaycanın bütün infrastrukturunun tamamilə yerlə yeksan edilməsindən niyə danışmır?

Bu Azərbaycana qarşı informasiya müharibəsidir. Saxta videolar, mühakimələr, səfirliklərimizə qarşı hücumlar, belə təqdimatlar Azərbaycana qarşı müharibədir.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, xüsusilə mülki yaşayış məntəqələrinə və infrastruktura zərbələr” adlı cari məsələyə dair müzakirələrdə çıxışında söyləyib.

Bildirib ki, sessiyadakı çıxışlar reallığı əks etdirmir. Əsl həqiqət odur ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri sülh danışıqlarına başlayan kimi dərhal qonşularımız tərəfindən qəribə təxribatlar törədilir. Bunu başa düşmək lazımdır. Ermənistan imzaladığı öhdəliyə riayət etmək istəmir. Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkməlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Azərbaycana qarşı cinayət törədənlər məhkəmə qarşısına çıxarılmalıdır. Xocalıda törədilən insanlıq əleyhinə cinayətləri törədən ermənilər məhkəmədə cavab verməlidirlər.

Azərbaycan Respublika prokuroru müharibə zamanı törədilmiş cinayətlərlə bağlı işə başlayıb. Bəs, Ermənistan da müharibə zamanı azərbaycanlılara qarşı cinayət törətmiş ermənilərə qarşı istintaqa başlayıbmı? Əlbəttə ki, yox.

AŞPA sülh istəyənlərin yox, müharibə istəyənlərin əlində bir alətə çevrilib. Biz sülh istəyirik və regionda sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edəcəyik.

DİGƏR Xəbərlər Arxiv