Xəbərlər
Kəlbəcər şəhidlərinin xatirəsi anılıb
Gəncədə və Göygöldə Kəlbəcər rayonundan olan şəhidlərin məzarları, xatirə kompleksləri ziyarət edilib.
Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
İkinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun 33 şəhid verdiyi qeyd olunub. Dövlət başçısının tapşırığı ilə şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərildiyi diqqətə çatdırılıb.
