YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzə güc qatdıq

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı düşmənçilik siyasəti yürütməyə başladılar. Ermənilər Qarabağda məskunlaşdıqları vaxtdan bu yana Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Bir sözlə, Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti bu gün də davam edir. Ordumuz bu gedişatı 2020-ci il 27 senytabrdan etibarən bir dəfəlik dayandırmaq üçün hərəkətə keçdi. Əgər 2020-ci ilin senytabrından əvvəlki dövrə nəzər salsaq görərik ki, demək olar ki, erməni terroru heç zaman dayanmayıb, tez-tez sərhədə yaxın olan mülki şəxsləri atəşə tutur, hərbi obyektləri hədəf alırdılar. Bununla da Azərbaycan tərəfi zərər görürdü. Təəssüf ki, bu gün də bu düşmənçilik davam etdirilir, onlar regionda bütün inkişaf modellərinə mane olurlar. Nəinki regiona, hətta beynəlxalq hüquqla müəyyənləşdirilmiş bütün insan haqlarına zərbə vururlar.

Bu məsələnin həlli üçün 1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.  Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilir, beynəlxalq qətnamələr isə kağız üzərində qalırdı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə aciz qalırdı, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənirdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmurdu. Bu isə heç bir qurumu narahat etmirdi. Belə olan halda şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyilə öz zəfər tarixini yazdı. 44 günlük savaş bütün dünyaya göstərdi ki, Ermənistan rəhbərliyi əsl terror və qatı canidir, onlar bizə Xocalını yenidən yaşatdı. Gəncə, Bərdə kimi şəhərlərə raket hücumları gerçəkləşdirərək terror aktları törətdilər, günahsız insanlar, körpələr insanlarımız gecə yarı yuxuda ikən qətlə yetirildi. Bütün bunlara baxmayaraq müdrik ölkə başçısının siyasəti nəticəsində qələbə əldə etdik. Biz gücümüzə güc qatdıq.