YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaralı hərbçilərin ailələri ziyarət olunub

Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində düşmən təxribatının qarşısını alarkən igidlik göstərərək yaralanmış zərdablı hərbçilərin ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşkilat nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gənclər və İdman İdarəsinin, Zərdab rayonu üzrə təhsil sektorunun rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rayon bölmələrinin əməkdaşları yaralı hərbçilərin ailələrinə baş çəkib, övladlarının səhhəti, ailələrin problemləri ilə maraqlanıblar.

Ziyarətçilər ərazi bütövlüyümüz uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, qəhrəman döyüşçülərimizlə qürur duyduqlarını bildiriblər.