YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın revanşist siyasəti region üçün təhlükə yaradır

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin yenidən üçtərəfli bəyanatın şərtlərini, beynəlxalq hüquq normalarını, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq, genişmiqyaslı təxribat törətmələri onların işğalçı siyasətindən əl çəkmədiyini bir daha bəyan etmiş oldu. Ermənistan növbəti dəfə bu təxribatı törətməklə revanşist niyyətindən hələ də kənarlaşa bilmədiyini bir daha göstərmiş oldu. Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əngəl törədən Ermənistanın genişmiqyaslı hərbi təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin – şəhidlərin olması, hərbi infrastruktura vurulan zərbə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin həyatının təhlükə qarşısında olmasına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə olduğunu bildirib: "Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatının Zəfərimizlə başa çatması nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatını sürətlə həyata keçirməsi ilə nəticələndi. Ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısını qətiyyətlə alınmasına Ali Baş Komandanın siyasi gücü, iradəsi, Azərbaycan ordusunun gücü var. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır", - deyə bildirmişdi.

Əlbəttə ki, Zəfər tariximizə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində düşmənə gücümüzə göstərib. "2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik"- deyən Cənab Prezident 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsinin Azərbaycan Ordusu tərəfindən götürüldüyünü və işğalçıların o bölgələrdən qovulduğunu qeyd etmişdir. "Dəmir yumruğ"un gücünü görmüş ermənilər Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüldü. Xatırladaq ki, Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır.

Bu gün Ermənistanın törətdiyi təxribatların Azərbaycan xalqının Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışına zərbə edirmək, geniş abadlıq-quruculuq işlərini ləngitmək, eləcə də sülh sazişinin imzalanmasını gecikdirmək kimi məqsədin dayanması şübhəsizdir. "Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik", - deyə Azərbaycan Prezidenti Səmərqənddə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

Əlbəttə ki, Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükə yaradır. Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan erməni təxribatları çirkin niyyətlərin reallaşmasına xidmət edir. Əlbəttə ki, Ermənistanın çirkin əməllərinin reallaşmasına dəstək olan, onlara yardım göstərən qüvvələr, regionun inkişafını, uğurlarını həzm etməyənlərdir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan öhdəlikləri yerinə yetirmir. Ermənistanın siyasi və hərbi rəhbərliyi faşizm idealogiyasından əl çəkə bilmir. Düşmənin bu çirkin və xain əməlləri cavabsız qalmadı və Azərbaycan ordusu öz qisasının növbəti dəfə də aldı. Təxribatın cavabı olaraq Silahlı qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirdi. Bu gün də "Dəmir yumruq" yerindədir. 44 günlük Vətən müharibəsində olduğu kimi, xarici dövlətlərdən yararlanmaq niyyətində olan Ermənistan Fransadan, ABŞ-dan, eləcə də digər ölkələrdən imdad diləyir. Hər zaman olduğu kimi, Ermənistan öz havadarlarından kömək gözləyir. Bu gün təəssüf hissi doğursa da qeyd etməliyik ki, bəzi anti-milli qüvvələr də haqqa və reallığa söykənməyən mövqelər sərgiləyirlər. Ənənəvi ampuladan çıxış edərək, ölkəmizin haqq işinə kölgə salmağa cəhdlər göstərir, ermənilərin mövqeyini müdafiə etməyə çalışırlar. Radikal müxalifət xaricdəki ermənipərəst dairələrdən aldıqları tapşırıqla Azərbaycana qarşı çirkin kampaniyaya aparırlar. Anti-milli ünsürlərin davranışları belə həssas dönəmdə xalqımız tərəfindən qətiyyətlə pislənilir.

Əlbəttə ki, ordumuzun təxribatçılara sərhəddə layiqli cavab verməsi onları üçün ürəkaçan deyil. Bu, Azərbaycanın gücü, ordusunun gücüdür ki, anti-milli qüvvələrdə narahatlığa səbəb olub. Demokratik mübarizədən uzaq olanlar bilməlidirlər ki, vətən, onun ərazi bütövlüyü ilə bağlı ali məsələlərdə kiminsə xidmətində durmaq ən böyük şərəfsizlikdir. Ölkəmizin imicinə zərbə endirmək, pulu vətəndən üstün tutmaları, ermənilərin havadarı kimi çıxış etmələri onların kimə və necə xidmət etdiklərini bir daha ortaya qoyur. Mənsub olduğu xalqın, vətəndaşı olduğu respublikanın, eləcə də dövlətin əldə etdiyi nailiyyətləri görməmək, ancaq başqalarının sifarişini yerinə yetirməkdən qaynaqlanan antimilli qüvvələr hələ də iftira və böhtanları ilə xalqa və vətənə xəyanət etməkdədirlər. Əlbəttə ki, Azərbaycanının bayrağını yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, Silahlı Qüvvələrimiz döyüş meydanında Ermənistanın "güclü, məğlubedilməz ordu" mifini artıq darmadağın edib. Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi danılmazdır.

DİGƏR Xəbərlər Arxiv