Xəbərlər
Əhməd Davudoğlu: Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün hər şey edəcək

Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün mümkün olan hər şeyi edəcək. Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. /Trend/
Onun sözlərinə görə, Ankara Türkiyə üçün qardaş ölkə olan Azərbaycanı həmişə dəstəkləyəcək.
Ə.Davudoğlu bildirib ki, Türkiyə bundan sonra Azərbaycanı dəstəkləyəcək: "Çünki bizi təkcə iqtisadi layihələr deyil, həm də tarixi köklər birləşdirir".