Xəbərlər
Azərbaycanın müdafiə naziri İsrailin “Rafael” şirkətinin rəhbəri ilə görüşüb

Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin “Rafael” şirkətinin rəhbəri cənab Yoav Har-Even ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.