YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli fəaliyyət - xalqın rifahı naminə

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı 30-a yaxın ərəb mediasında məqalələr dərc edilib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin “Dubai Global News”, “Iconic Lady”, “Dubai News Style”, “Gulf Tourism”, “Ejaraine News”, “VDL News”, Misirin “Əl Fağr”, Fələstinin “Səma”, Mərakeşin “Əl Aləm”, “Future-road”, Səudiyyə Ərəbistanının “Shafaq”, eləcə də “Mashreq”, “Gulftech-news” və digər mətbu orqanlarında ərəb və ingilis dillərində dərc olunmuş məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətinə, millətinə sədaqətlə xidmət etmək vəzifəsini öz üzərinə götürdüyü, Azərbaycan qadınını dünyada layiqincə təmsil etdiyi, xalqının rifahı naminə yorulmadan fəaliyyət göstərdiyi qeyd olunub.

Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycanın maddi və mənəvi irsinin dünyada təbliği üçün Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis edilib. Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri kimi təhsilin, səhiyyənin inkişafına, uşaqların sağlamlığı məsələlərinə və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramının icrasına başlanması məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilib.

Məqalələrdə qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsini də diqqət mərkəzində saxlayır. Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada rəğbət və mərhəmət rəmzinə çevrilib. Azərbaycan mədəniyyətini, musiqisini, mədəni irsini və adət-ənənələrini bütün dünyada təbliğ edən Mehriban xanım Əliyeva ölkəsinin mədəni irs nümunələrinin UNESCO-nun dünya irsi siyahılarına salınmasına nail olub.

Yazılarda bildirilib ki, Birinci vitse-prezident Azərbaycanda ziyarətgahların, məscidlərin, ibadət yerlərinin, dini abidələrin bərpasına və tikintisinə də qayğı göstərir, tolerantlığın və mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfələr verir. Kilsə və sinaqoqların bərpası bunun bariz nümunəsidir. Bununla yanaşı, Mehriban xanım Əliyeva dünyanın müxtəlif ölkələrində humanitar və sosial layihələrin dəstəklənməsinə, eləcə də dünya irsinin qorunmasına və tarixi abidələrin bərpasına da mühüm töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti ölkəsində bir çox beynəlxalq tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq bacarığı nümayiş etdirib. Onun Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olması, İslam Həmrəyliyi Oyunlarının təşkilində mühüm rolu xüsusi vurğulanıb.

Məqalələrdə diqqətə çatdırılıb ki, məhz bu çoxşaxəli humanitar fəaliyyətinə görə Mehriban xanım Əliyeva UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri titullarına layiq görülüb. Azərbaycanın Birinci vitse-prezidenti qeyd edib ki, insanların sevgisi və hörməti onun üçün ən böyük mükafatdır.

DİGƏR Xəbərlər Arxiv