Xəbərlər
Birgə təlimlər davam edir
Azərbaycanın və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri hər iki ölkədə davam edir.
Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter hesabında paylaşım edilib.
Bildirilib ki, təlimlərdə sualtı hücum ilə axtarış-xilasetmə, yaşayış məhəllələrində döyüş, ipdən sürüşmə və sahilə hücum təlimləri icra olunub.