Xəbərlər
Ermənistana növbəti xəbərdarlıq

"Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”.
Bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlü Türkiyə səfirlərinin 13-cü konfransının açılışında deyib.
"Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatları davam etdirməsin”, - deyə M.Çavuşoğlu vurğulayıb.