Xəbərlər
Xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşəcək
Azərbaycanın xarici işlər naziri Parisdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədləri ilə görüşəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa Şurasının Nazirlər Komitiəsinin sədri, Belçika XİN rəhbəri ilə görüşün yekunu üzrə keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, görüş aprelin 30-u və ya mayın 1-i keçirilə bilər.