YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə dəstəyi çox önəmlidir

Mehdi Balabəyov

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan nüfuzlu bir dövlətdir. Azərbaycanda beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ənənə halını alıb. Azərbaycan dünyada qazandığı nüfuza görə belə tədbirlərdə özünü göstərməkdədir. Dünyada ən böyük təsisatlardan BMT-dən sonra biri olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 30 iyun 2022-ci il tarixdə keçirilmiş Bakı konfransı da belə tədbirlərdən biridir. Bu hərəkatın böyük əhəmiyyəti var və ​Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.

Tədbirdə iştirak edən Prezident cənab İlham Əliyev çıxış zamanı bir sıra əhəmiyyətli  məsələlərə toxunmuşdur.

Cənab Prezidentimiz bildirdi ki, Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi.

Qeyd edim ki, pandemiya dövründə dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Keçən illər ərzində Azərbaycan dünyada ən böyük ədalətsizliyə məruz qalan ölkə olmuşdur. Bu haqsızlıq nəticəsində ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim işğaldan azad olunmuş torpaqlarımızda tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən dağıdılaraq yerlə yeksan olmuşdur. Buda bir daha erməni vəhşiliklərinin sübutudur.

Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz.

Azərbaycan xalqı 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi.

Prezident İlham Əliyev onu da bildirdi ki, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqi idi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Bütün bu çıxışlara nəzar saldıqda bir daha Azərbaycan diplomatiyasının uğurlarının şahidi oluruq.

Məhz Prezident cənab İlham Əliyevin bu tarixi çıxışı da dünyada sülhün, ədalətin və humanizmin inkişafında göstərilən səylərə bir töhfə olacaq.