YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışında irəli sürdüyü məqamlar diqqət mərkəzindədir. Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 ili tamam olur. Bu müddət ərzində Azərbaycan BMT əlaqələri inkişaf edib. İstər siyasi, istər iqtisadi, istərsə də elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub. Eyni zamanda, Azərbaycanın BMT-nin ixtisaslaşmış qurumları ilə də səmərəli əməkdaşlığı mövcuddur. Ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələri siyasi, iqtisadi, sosial, humanitar, təhsil, elm və mədəniyyət sahələrində həyata keçirilir.

İyunun 27-də Polşanın Katovitse şəhərində öz işinə başlayan “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında dövlət başçısı İlham Əliyevin “Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir” fikirləri Azərbaycanın yenilikçi imicinin təqdimatında əhəmiyyətli rol oynayır. Sesiyada dövlət başçısı bu istəyini də ifadə etdi ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminik ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumu uğurla keçiriləcək.

2011-ci ildə BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanın bu mötəbər təşkilata üzv seçilməsi tarixi qələbə idi. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında vurğulayıb: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”. Azərbaycan beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olub. Terrorun, münaqişələrin qarşısının alınması, sülh və təhlükəsizlik məsələsində ölkəmiz daim BMT-nin norma və prinsiplərinə sadiqliyini nümayiş etdirib. Onu da qeyd edək  ki, Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş tədbir mühüm əhəmiyyət kəsb edirdi. Burada müzakirə olunan məsələlər və qəbul olunan qərarlar, eyni zamanda, BMT nümayəndələrinin Şuşada erməni vandallarının mənfur əməlləri barəsində canlı məlumat alması Azərbaycanın haqlı mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb.

Düşmən 30 il ərzində işğal altında saxladığı ərazilərdə törətdiyi vəhşilik və dağıdıcı əməlləri ilə şəhər və kəndlərin bütün infrastrukturlarını sıradan çıxarıb. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan öz daxili imkanları hesabına həmin ərazilərdə infrastruktur layihələri həyata keçirir və qısa zamanda “Qafqazın Xirosiması” adlanan Ağdamda həyat yenidən canlanacaq. Yaxın zamanda ağdamlılar öz doğma yurd yuvalarına qayıdacaqlar. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olub və dağıntıların tam miqyasını sənədləşdiriblər.

Sessiyanın əhəmiyyəti ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərdə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun addımlar atılır. Dayanıqlı İnkişaf Məqsədlərində əsas hədəf yerli sakinlərdir. Yerli sakinlərin inklüziv, təhlükəsiz yaşaması ilə yanaşı, onların davamlı məşğuliyyətinin təmin olunması prioritet məsələdir və Azərbaycanın işğaldan azad olunan ərazilərində buna xüsusi diqqət yetirilir. Müasir dövrün tələbi olan dayanıqlı şəhər və kəndlərin inşası bölgənin inkişafı ilə yanaşı, regionda yeni ab-havanın yaranmasına gətirib çıxaracaq.

Azad edilmiş ərazilərin yenidən qurulmasında ölkəmizlə həmrəylik və Azərbaycana beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Təbii ki, bu da Azərbaycanın hər sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsini nümayiş etdirir. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

DİGƏR Xəbərlər Arxiv