Xəbərlər
“YAŞAT” Fondu tərəfindən tibb istiqaməti üzrə işlər uğurla davam etdirilir

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şəhid Elcan Rəhimlinin övladı Selcan Rəhimli və müharibə əlili Səbuhi Eyvazovun əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.