YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Seyid İbrahim Rəisi: İran və Azərbaycan arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur

Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər.

Bu barədə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə bildirib.

Azərbaycan Prezidentinin Tehrana, özünün isə Bakıya səfər etmək planlarının olduğunu qeyd edən İran Prezidenti deyib: “Bizim belə platformalardan istifadə edib görüş keçirməyimiz də münasibətlərimizin inkişafına kömək edir. İki ölkə arasında münasibətlərin potensialı hazırda mövcud olandan daha çoxdur. Hesab edirəm ki, biz münasibətlərimizdə olan bir çox potensialdan tam istifadə edə bilməmişik”.

Prezident Seyid İbrahim Rəisi bildirib ki, iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, ticarət, mədəniyyət əlaqələri mövcud olan vəziyyətdən daha çox inkişaf etdirilə bilər.

DİGƏR Xəbərlər Arxiv