YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfıra bərabərdir

«Azərbaycanda keçiriləcək I Avropa Oyunları ərəfəsində bir sıra Qərb dövlətlərinin və onların nəzarətində olan “Amnesty İnternatioanal”, “Human Rights Watch”, “Fridom Hause” və digər özünü dünyada insan hüquq və azadlıqlarının yeganə himayədarı kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının, habelə onların əlində alətə çevrilən yerli qrupların ölkəmizə  qarşı qarayaxma və şəratma kampaniyası xeyli intensivləşib». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bütün bunların fonunda Avropa Olimpiya Təşkilatının öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirməsi Azərbaycanın inkişafını həzm edə bilməyən həmin qüvvələrin yuxusuna haram qatıb. Onun sözlərinə görə, Azərbaycan tərəqqi etdikcə “permanent yuxusuzluq” sindromundan əziyyət çəkən bu qaragüruhçu  qüvvələr əvvəlcə “siyasi apatiya” vəziyyətinə düşür, sonra isə “psixi sayıqlamalar” fonunda qərəzli  məqsədlərini reallaşdırmaq istəyirlər.

 «Həmin qüvvələrin reallaşma əmsalı sıfıra bərabər məqsədi isə ilk növbədə Azərbaycanın müstəqil siyasətinə öz iradələrini qəbul etdirmək, ölkəmizin imicini ləkələmək, ona təzyiq göstərmək və beləliklə də, mühüm beynəlxalq idman tədbirinə qarşı təxribat törətməklə onun baykot edilməsinə nail olmaqdan ibarətdir. Xarici dairələr və yerli qruplar ölkəmizə qarşı təxribat xarakterli fəaliyyətlərini (özfəaliyyətlərini) ört-basdır etmək üçün ənənəvi “örtükdən” – “Demokratiya pərdəsi”ndən istifadə edirlər. Nəticəmiz isə sadə və məntiqidir. Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfıra bərabərdir. Səbəbi isə aydındır. Azərbaycanda belə eksperimentlər üçün münbit şərait yoxdur. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilmişdir. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti vardır. Xalq Prezidentini sevir, Prezident də xalqının bu etimadını yalnız milli maraqlara söykənən müstəqil siyasəti ilə doğruldur. Bizi həm güclü edən, həm də təzyiq tərəfinə çevirən əsas amil bununla bağlıdır. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir  fraqment, bir ləkə kimi qalacaqlar»- deyə, politoloq qeyd edib.