Xəbərlər
Beynəlxalq Aktuarilər Assosiasiyasının Avrasiya və Orta Şərq Komissiyasının iclası Bakıda keçiriləcək
Bu il sentyabrın 28-29-da Bakıda Beynəlxalq Aktuarilər Assosiasiyasının komitələrindən biri olan Avrasiya və Orta Şərq Komissiyasının iclası keçiriləcək.
Bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov məlumat verib.
“Tədbirdə 100-ə yaxın mütəxəssisin iştirakı gözlənilir. İclasa, həmçinin Beynəlxalq Aktuarilər Assosiasiyasının prezidenti də dəvət olunub. Bu, Azərbaycanda keçiriləcək ilk beynəlxalq aktuari tədbiri olacaq”, - deyə Namiq Xəlilov vurğulayıb.