YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yaz sessiyasında ermənilər yenə məyus oldular

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında ermənilər növbəti dəfə məyus olublar.
Aprelin 21-də qurumun siyasi məsələlər komitəsinin iclasında Avropa Şurası və Qazaxıstan arasında münasibətlər məsələsi müzakirə olunandan sonra Qazaxıstan üzrə AŞPA məruzəçisinin təyini ilə bağlı fikir mübadiləsi aparılıb. Bu mühüm vəzifəyə Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Aksel E. Fişer və Ermənistan nümayəndə heyətinin rəhbəri Hermina Naqdalyan öz namizədliklərini irəli sürüblər.
Komitə üzvləri böyük səs çoxluğu ilə almaniyalı deputatın namizədliyini dəstəkləyiblər. Ermənistanlı deputatın namizədliyinə isə bir-iki nəfər ermənipərəst deputat səs verib. Beləliklə, Aksel E. Fişer Qazaxıstan üzrə məruzəçi seçilib.
AŞPA-da növbəti dəfə uğursuzluqla və etimadsızlıqla üzləşən ermənilər yenə də məyus olublar.